XƏBƏR, İQTİSADİYYAT
26-10-2019, 12:25

Azərbaycan-İran iqtisadi əlaqələri müzakirə olunub

Azərbaycan-İran iqtisadi əlaqələri müzakirə olunub

Azərbaycan ilə İran arasında iqtisadi əlaqələrin gələcək perspektivləri müzakirə edilib. İ
qtisadiyyat Nazirliyinin mətbuat xidmətindən Qərbinfo.az-a bildirilib ki, oktyabrın 25-də İqtisadiyyat naziri Mikayıl Cabbarov İran İslam Respublikasının İqtisadi İşlər və Maliyyə naziri Fərhad Dejpəsənd və onun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə iki ölkə arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və gələcək perspektivləri, həmçinin müxtəlif sferalarda strateji əməkdaşlıq əlaqələri müzakirə edilib, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






Son Xəbər