XƏBƏR, İDMAN
26-10-2019, 12:54

Azərbaycanın kişi şahmatçıları Avropa çempionatında növbəti qələbəyə imza atıblar

Azərbaycanın kişi şahmatçıları Avropa çempionatında növbəti qələbəyə imza atıblar

Kişi şahmatçılardan ibarət millimiz Batumidə komandalararası Avropa çempionatının ikinci turunu uğurla başa vurub.

Qərbinfo.az xəbər verir ki, yığmamız Fransa komandasına 2:5:1,5 hesabla qalib gəlib.

Şahmatçılarımızdan Şəhriyar Məmmədyarov Maksim Laqarde, Arkadi Naydiç Eduard Romeyn, Qədir Hüseynov isə Tiqran Qaramyanla heç-heçə ediblər. Rauf Məmmədov Mark Maurizini məğlub edərək komandamızın aktivinə 1 xal yazdırıb. Onun bu qələbəsi komandamızın Fransa yığması üzərində üstünlüyünü təmin edib.

Kişi şahmatçılarımız birinci turda Serbiya yığmasına 3,5:0,5 hesabı ilə qalib gəliblər.

Xatırladaq ki, kişilərdən ibarət komandamız hazırkı Avropa çempionudur. Yığmamız ümumilikdə 3 dəfə Avropa çempionu olub.






Son Xəbər