XƏBƏR, DÜNYA
22-10-2019, 11:52

Əfqanıstanda taliblərlə toqquşmada 15 polis əməkdaşı həlak olub

Əfqanıstanda taliblərlə toqquşmada 15 polis əməkdaşı həlak olub

Əfqanıstanın şimalında yerləşən Qunduz əyalətində taliblərlə hökumət qüvvələri arasında toqquşmalarda azı 15 polis əməkdaşı həlak olub.

Qərbinfo.az Sinxua agentliyinə istinadla xəbər verir ki, bu gün səhər saatlarında “Taliban” hərəkatının ona yaxın döyüşçüsü əyalətdəki nəzarət-buraxılış məntəqələrindən birinə hücum edib. Döyüşlər nəticəsində ölkənin güc strukturlarının 15 döyüşçüsü həlak olub, hücum edən silahlılardan isə doqquzu öldürülüb.

Əfqanıstanda hökumət qüvvələri və kənd rayonlarında xeyli üstünlüyə yiyələnərək böyük şəhərlər istiqamətində hücumları genişləndirən “Taliban” hərəkatının silahlıları arasında qarşıdurmalar uzun müddətdir davam edir. Həmçinin ölkədə İŞİD qruplaşmasının da fəallığı artır. Əfqanıstanın milli müdafiə və təhlükəsizlik qüvvələri beynəlxalq koalisiyanın hərbi dəstəyi ilə bütün ölkə boyu birgə əməliyyatlar keçirirlər.






Son Xəbər