XƏBƏR, SOSİAL
21-10-2019, 11:23

Bu gündən şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilir

Bu gündən şagirdlərin elektron yerdəyişməsinə yenidən start verilir

Oktyabrın 21-dən etibarən şagirdlərin elektron yerdəyişməsi prosesi davam etdirilir.

Təhsil Nazirliyində Qərbinfo.az-a verilən məlumata görə, cari ildən etibarən şagirdlərin yerdəyişməsi www.sy.edu.az portalı vasitəsi ilə elektron formada həyata keçirilir. Şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir.

Qeyd edək ki, 2019-cu il sentyabrın 15-dək şagirdlərin elektron yerdəyişməsi ilə bağlı ümumilikdə 54 830 müraciət daxil olub. Onlardan 53 955 şagirdin digər təhsil müəssisəsinə yerdəyişməsinə icazə verilib. 875 sorğuya isə dil uyğunsuzluğuna, daxili müsabiqə keçirən lisey və məktəb-liseylərin müsabiqə nəticələrinə əsasən imtina verilib.






Son Xəbər