XƏBƏR, SİYASƏT
19-10-2019, 15:29

İnsanlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları yüksək qiymətləndirir

İnsanlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları yüksək qiymətləndirir

Oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə dövlətimizin başçısı ölkənin inkişafı ilə bağlı çox mühüm məsələləri diqqətə çatdırdı.

Bunu Qərbinfo.az-a Milli Məclisin deputaı Sahibə Qafarova oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilən iqtisadi müşavirədə dövlət başçısının nitqində əksini tapan məsələlərə münasibət bildirərkən deyib.

Sahibə Qafarova bildirib ki, son 16 ildə dünya miqyasında iqtisadi sahədə ən yüksək iqtisadi inkişaf göstəriciləri əldə edən ölkələrdən biri də Azərbaycandır: "Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mütərəqqi siyasət nəticəsində bəhs olunan dövrdə milli iqtisadiyyatımız 3 dəfədən çox genişlənib. Cari ilin geridə qalan dövründə də iqtisadiyyatımızda istehsal artıb, yeni ixrac imkanları yaranıb, ölkə büdcəsinə əlavə vəsaitlər cəlb olunub. Bunun nəticəsində də doqquz ayın sosial-iqtisadi göstəriciləri kifayət qədər müsbət olub, iqtisadi artım dinamikası təmin olunub:

"Prezident İlham Əliyev müşavirdə də qeyd etdi ki, qeyri-neft sektorunda iqtisadi artım 3 faizdən çoxdur. Bu, onu göstərir ki, şaxələndirmə ilə bağlı ölkəmizdə həyata keçirilən tədbirlər öz nəticəsini verir. Bunu ölkəmizin qeyri-neft sənayesi ilə bağlı da deyə bilərik. Azərbaycanda aparılan islahatlar, xüsusilə qeyri-neft sektorunun inkişafı ilə bağlı görülən genişmiqyaslı tədbirlər öz bəhrəsini verir".

Deputatın sözlərinə görə, Prezidentin nitqində diqqət çəkən əsas məqamlardan biri də Azərbaycanda həyata keçirilən islahatların əhəmiyyəti ilə bağlı idi:

"Ölkədə aparılan islahatların yüksək qiymətləndirildiyini bildirən Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanda həyata keçirilən uğurlu islahatlar beynəlxalq aparıcı maliyyə qurumları tərəfindən də yüksək qiymətləndirilir. Bu gün Azərbaycan dünyanın ən islahatçıla ölkələri sırasında yer alır. Heç də təsadüfi deyil ki, "Doing Business" hesabatında Azərbaycan 20 ən islahatçı ölkə sırasında qeyd olunub. Lakin Azərbaycan bu uğurlarla kifayətlənmir. Prezident vurğuladı ki, islahatlar bundan sonra da ardıcıllıqla davam etdiriləcək. "Əsas vəzifəmiz iqtisadi inkişafı şərtləndirən islahatları dərinləşdirməkdir" - deyə dövlət başçımız qeyd etdi".

Millət vəkili deyib ki, Azərbaycanda reallaşdırılan sosial islahatlar da da yüksək qiymətə layiqdir. Bu il həyata keçirilən böyük sosial paket nəticədində 4 milyon 200 mindən çox insanın maddi vəziyyəti yaxşılaşıb, pensiyalar, əməkhaqları, müavinətlər əsaslı şəkildə artırılıb:

"Bu isə xalqımız tərəfindən yüksək qiymətləndirilir. Mənim də seçicilərlə görüşlərimdə, insanlarla təmaslarda bu məsələlər daim müzakirə olunur.

Tam əminliklə deyə bilərəm ki, insanlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları yüksək qiymətləndirir, öz dəstəyini ifadə edirlər. Şübhə yoxdur ki, qarşıdakı dövrlərdə də Azərbaycanın sosial dövlət fəlsəfəsinə uyğun olaraq müvafiq tədbirlər davam etdiriləcək. Müşavirədə bildirildi ki, gələn ilin büdcəsi həm sosialyönümlü, həm də investisiyayönümlü olacaq və ciddi sosial proqramlar icra olunacaq. Bu isə ona dəlalət edir ki, əhalinin yaşayış səviyyəsinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər gələn il də davam etdiriləcək".

S.Qafarova deyib ki, dövlət başçısı həmçinin ölkəmizin daha yüksək inkişafına mane olan məsələləri, nöqsanları diqqətə çatdıraraq müvafiq tapşırıqlar verdi:

"Bu tapşırıqların icrası isə Azərbaycanın gələcəkdə daha uğurlu inkişafına, mövcud potensialdan daha səmərəli istifadə olunmasına şərait yaradacaq".






Son Xəbər