XƏBƏR, İQTİSADİYYAT
18-10-2019, 23:53

Doqquz ayda plastmas və onlardan hazırlanan məmulatların ixracı artıb

Doqquz ayda plastmas və onlardan hazırlanan məmulatların ixracı artıb

Bu ilin yanvar-sentyabr aylarında ölkədən 206 min 832 ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Qərbinfo.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

İxrac olunan plastmas və onlardan hazırlanan məmulatların dəyəri 152 milyon 10 min ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin eyni dövründə Azərbaycandan 95 milyon 730 min dollar dəyərində 125 min 75 ton plastmas və onlardan hazırlanan məmulatlar ixrac olunub.






Son Xəbər