XƏBƏR, İQTİSADİYYAT
18-10-2019, 19:49

Neft Fondunun gələn il üçün büdcə gəlirləri 12,3 milyard manat nəzərdə tutulur

Neft Fondunun gələn il üçün büdcə gəlirləri 12,3 milyard manat nəzərdə tutulur

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2020-ci il üçün büdcəsinin gəlirləri 12 milyard 384,1 milyon manat nəzərdə tutulur.

Qərbinfo.az bu barədə gələn ilin dövlət və icmal büdcələri üzrə layihələrə istinadən xəbər verir.

ARDNF-in 2020-ci il üçün büdcəsinin xərcləri 11 milyard 560 milyon manat təşkil edəcək ki, bu da 2019-cu illə müqayisədə 4,3 milyon manat azdır.

ARDNF-dən dövlət büdcəsinə transfertin yuxarı həddi 11 milyard 350 milyon manat səviyyəsində nəzərdə tutulur ki, bu da 2019-cu illə müqayisədə 14,3 milyon manat və ya 0,1 faiz azdır.






Son Xəbər