XƏBƏR, SOSİAL
18-10-2019, 13:21

"KOB Dostu" Agentliyi Şəmkirə yeni nümayəndə təyin edib

"KOB Dostu" Agentliyi Şəmkirə yeni nümayəndə təyin edib

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Şəmkir rayonunda nümayəndəliyi fəaliyyətə başlayıb.

Qərbinfo.az xəbər verir ki, Bağırov Rövşən Fərəməz oğlu Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Şəmkir nümayəndəsi təyin edilib.

Qeyd edək ki, sahibkarlar biznesin qurulması, mövcud sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, eləcə də hüquq və maraqlarının müdafiəsi kimi istiqamətlərdə “KOB Dostu”na müraciət edə bilərlər.

“KOB Dostu” ilə əlaqə saxlamaq istəyən sahibkarlar Şəmkir Gənclər Mərkəzində yerləşən ofisə yaxınlaşa və ya (+99451) 682-88-08 (“Kiçik və orta biznesin dostu” şəbəkəsinin Şəmkir rayonu üzrə nümayəndəsi Rövşən Bağırov) nömrəsi ilkə əlaqə saxlaya bilərlər.






Son Xəbər