XƏBƏR, SİYASƏT
18-10-2019, 14:48

Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"

Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"

“Bu gün Azərbayan tarixinə müstəqil dövlətinin hüquqi cəhətdən müstəqilliyinin rəsmiləşdirildiyi əlamətdar gün kimi daxil olub”.
Bu fikirləri Qərbinfo.az-a açıqlamasında “Resurs” Analitik İnformasiya Mərkəzinin rəhbəri, siyasi ekspert Rasim Quliyev deyib.

Bu gün dünyada mövcud olan 5 mindən çox xalqın heç də hamısının müstəqil dövləti olmadığını deyən R.Quliyev bildirib ki, Azərbayan xalqının ən böyük sərvəti, neməti onun müstəqilliyidir. Ekspert söyləyib ki, Azərbaycanın müstəqil dövlət kimi qurulması yolu heç də hamar olmayıb.

Azərbaycanın müstəqillik qazanmaq üçün keşməkeşli, çətin yollardan keçdiyini söyləyən R.Quliyev vurğulayıb ki, ölkəmizin uzun bir dövrə söykənən dövlətçilik ənənəsinin olmasına baxmayaraq, Azərbaycan yalnız 200 ildən sonra yenidən öz müstəqilliyini qurmaq səadətinə nəsib olub: “Ölkəmiz keçmiş Sovetlər Birliyinin tərkibində digər respublikalar kimi 70 il yaşasa da, müstəqillik arzusunu hər zaman qəlbində yaşadıb. Lakin Azərbaycan ötən əsrin 90-cı illərində bu ittifaqın dağılması nəticəsində yaranan geopolitik vəziyyətdən əlverişli şəraitdən istifadə edərək öz müstəqillik aktını qəbul etdi”.

Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun ötən gün mətbuatda dərc edilmiş 18 oktyabr Azərbaycanda Müstəqillik Aktının qəbul olunmasına həsr olunan məqaləsini xatırladan siyasi ekspert vurğulayıb ki, Prezidentin köməkçisinin hər bir tezisi böyük elmi işin əsası idi: “Əli Həsənov bir alim kimi bu materalı cəmiyyət üçün tezisləşdirsə də, orada qeyd olunan hər bir fikir elmi əsərlərin əsasını təşkil edir. Yazıda Azərbaycanın müstəqilliyini qazanması yolu çox geniş şəkildə təsvir olunub”.

Azərbaycan xalqının müstəqillik qazanmaq üçün dəfələrlə mübarizəyə qatıldığını deyən R.Quliyev qeyd edib ki, xalqımız əsrin əvvəlində Şərqdə ilk dəfə demokratik parlament respublikası qurmağa nail olub: “Həmin xalq ötən əsrin 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində yenidən meydana çıxaraq öz müstəqilliyini bərpa etdi”.

R.Quliyev vurğulayıb ki, bu gün 195 ölkə dövlət olaraq tanınır: “Onlardan 193-ü BMT-nin qeydiyyatından keçib, lakin Fələstin və Vatikan hələ də qeydiyyatdan keçməyib. Bu gün Azərbaycan xalqı müstəqil dövlətə sahib olduğu üçün çox xoşbəxtdir. Bu gün dünya əhalisinin 60 milyonunu azərbaycanlılar təşkil edir. Azərbaycan təkcə ölkəmizdə yaşayan 10 milyon inanın deyil, həm də bütün dünyada yaşayan azərbaycanlıların dövlətidir. Müstəqillik günü münasibətilə hər bir azərbaycanlını təbrik edirəm”.






Son Xəbər