XƏBƏR, İQTİSADİYYAT
18-10-2019, 12:22

Bakı-Tbilisi-Ərzurum kəməri ilə cari ildə 7,4 milyard kubmetrdən çox təbii qaz göndərilib

Bakı-Tbilisi-Ərzurum kəməri ilə cari ildə 7,4 milyard kubmetrdən çox təbii qaz göndərilib

Yanvar-sentyabr aylarında Azərbaycandakı magistral qaz kəmərləri ilə 19 milyard 916,9 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni dövrünə nisbətən 18,5 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən Qərbinfo.az-a verilən məlumata görə, 9 ayda qaz nəqlinin 37,2 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 7 milyard 412,8 milyon kubmetr təbii qaz ixrac edilib.






Son Xəbər