XƏBƏR, İQTİSADİYYAT
18-10-2019, 11:21

İsveçrədən geniş tərkibli nümayəndə heyəti Azərbaycana gələcək

İsveçrədən geniş tərkibli nümayəndə heyəti Azərbaycana gələcək

Əsasən fransızdilli kantonlardan ibarət Qərbi İsveçrənin aparıcı şirkətlərinin rəhbərlərindən ibarət geniş tərkibli heyət Azərbaycana səfər edəcək.

Qərbinfo.az xəbər verir ki, oktyabrın 20-dən 22-dək davam edəcək səfər zamanı nümayəndə heyəti bir sıra rəsmi görüşlər keçirəcək, eləcə də Azərbaycan şirkətlərinin nümayəndələri ilə işgüzar danışıqlar aparacaq.

Nümayəndə heyətinin tərkibinə İsveçrənin enerji, infrastruktur, bank və səhiyyə sahələrində fəaliyyət göstərən şirkətlərinin rəhbərləri daxildir. Səfər Azərbaycan və İsveçrə sahibkarları arasında yeni ticarət və işgüzar əlaqələrin qurulması məqsədi daşıyır. Səfər çərçivəsində, həmçinin ölkəmizin həyata keçirdiyi irimiqyaslı enerji və infrastruktur layihələrində İsveçrə şirkətlərinin iştirakının dəstəklənməsi imkanlarının müzakirəsi planlaşdırılır.

Məlum olduğu kimi, Cenevrənin də daxil olduğu Qərbi İsveçrə regionu neft başda olmaqla bir sıra enerji məhsulları və xammalın marketinqində mühüm rol oynayır.






Son Xəbər