XƏBƏR, İDMAN
16-10-2019, 17:54

Azərbaycan kapoeyraçıları Estoniyada uğurla çıxış ediblər

Azərbaycan kapoeyraçıları Estoniyada uğurla çıxış ediblər

Azərbaycan idmançıları Estoniyada keçirilən kapoeyra üzrə beynəlxalq turnir və hakimlik kursunda yüksək nəticə əldə ediblər.

Qərbinfo.az xəbər verir ki, millimiz turnirdə 5 medal qazanıb. Komandamızın heyətində Nahid Ağazadə, Xuraman Ramazanova və Fəxri Məhəmmədlizadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Fərid Allahverdiyev gümüş, Vüsal Babayev isə bürünc medala sahib olublar.

Məşqçilərimizdən Nahid Ağazadə, Elgiz Əlizadə, Oxçu Şahmuradov və Zahid Rüstəmov beynəlxalq dərəcəli hakim adını qazanıblar.

Komandamız turnirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, Azərbaycan Kapoeyra Federasiyasının vitse-prezidenti Nahid Ağazadə və baş məşqçi Elgiz Əlizadənin rəhbərliyi altında mübarizə aparıb.






Son Xəbər