XƏBƏR, MƏDƏNİYYƏT
16-10-2019, 10:23

Özbəkistanın milli xəbər agentliyi Nəsiminin 650 illiyi ilə bağlı məqalə yayıb

Özbəkistanın milli xəbər agentliyi Nəsiminin 650 illiyi ilə bağlı məqalə yayıb

Özbəkistan milli informasiya agentliyi (UzA) dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı özbək dilində geniş məqalə dərc edib.

Qərbinfo.az xəbər verir ki, Azərbaycanın dostu, tanınmış jurnalist Rüstəm Cabbarovun müəllifi olduğu məqalədə şairin həyat və yaradıcılığından söhbət açılır.

Məqalədə bildirilir ki, Nəsimi ilk təhsilini Şamaxıda alıb, dövrün elmlərini, dinlərin tarixini, məntiqi, riyaziyyati və astronomiyanı öyrənib.

Nəsimi dövrünün görkəmli müəllimlərindən bu elmləri mənimsədikdən sonra hürufi Fəzlullah Nəiminin təlimlərindən bəhrələnib. Səfərlərinin hamısında ustadı Nəimini müşayiət edib.

Müəllif yazır ki, Nəsimi Özbəkistanda da çox sevilir, kitabları çap edilir. Bu yaxınlarda Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə alim və tərcüməçi Tahir Qəhharın tərcüməsində şairin “Cananı sevərmən” kitabı özbək dilində çap olunub.

Yazıda vurğulanır ki, hazırda Azərbaycanda böyük şairin 650 illik yubileyinə hazırlıq işləri görülür.






Son Xəbər