XƏBƏR, İDMAN
15-10-2019, 11:19

Şahmatçılrımız inamla irəliləyirlər

Şahmatçılrımız inamla irəliləyirlər

Men adasında şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin beşinci turuna yekun vurulub.

Qərbinfo.az-ın məlumatına görə, şahmatçılarımızın üçü beşinci turu heç-heçə başa vurub. Rauf Məmmədov rusiyalı Peter Svidler, Nicat Abbasov fransalı Etienne Bakrot, Eltac Səfərli Rusiyanın digər təmsilçisi Maksim Çigayevlə “sülh” bağlayıblar. Vasif Durarbəyli isə Anton Demçenkoya (Rusiya) məğlub olub.

Qeyd edək ki, beş turun nəticəsinə görə, R.Məmmədov və N.Abbasov xalların sayını 3-ə çatdırıblar. E.Səfərlinin 2,5, V.Durarbəylinin isə 2 xalı var.






Son Xəbər