XƏBƏR, İDMAN
14-10-2019, 10:23

Şəhidlərin xatirəsinə həsr olunmuş futbol turniri davam edir - ŞƏMKİR

Şəhidlərin xatirəsinə həsr olunmuş futbol turniri davam edir - ŞƏMKİR

Şəmkirdə şəhidlərin xatirəsinə həsr olunmuş mini futbol çempionatı davam edir.

İlk turda olduğu kimi, yarışın ikinci həftəsinin oyunları da gərgin mübarizə şəraitində baş tutub.

Qərbinfo.az xəbər verir ki, oktyabrın 12-si və 13-ü keçirilən matçlarda qapılara ümumilikdə 52 qol vurulub.

Şəmkir Rayon İcra Hakimiyyətinin komandası çempionatda ikinci qələbəsini qazanıb. İlk turda prokurorluq işçilərinin komandasına 6:2 hesabı ilə qalib gələn "Şəmkir RİH" komandası bu həftə səhiyyə işçilərinin qapısından 5 top keçirib (5:1) və qrup liderliyini qoruyub.

Qeyd edək ki, Şəmkir Rayon Gənclər və İdman idarəsinin təşkilatçılığı ilə keçirilən çempionatda 20 komanda 200-yə yaxın iştirakçı mübarizə aparır.

Çempionatda komandalar dörd qrupa bölünüb. Bu qruplardan birinci və ikinci yerləri tutan komandalar növbəti tura vəsiqə qazanacaq.

Növbəti turun oyunları oktyabrın 19 və 20-də keçiriləcək.

Son Xəbər