XƏBƏR, SOSİAL
12-10-2019, 22:50

Bələdiyyə seçkilərini izləmək üçün beynəlxalq müşahidəçilər də dəvət ediləcək

Bələdiyyə seçkilərini izləmək üçün beynəlxalq müşahidəçilər də dəvət ediləcək"Bu il Azərbaycanda keçiriləcək bələdiyyə seçkilərini izləmək üçün beynəlxalq təşkilatların nümayəndələri də dəvət ediləcək".

Qərbinfo.az-ın xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, bələdiyyə seçkilərində beynəlxalq müşahidəçilərin sayı az olur: Bələdiyyə seçkilərinə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin nümayəndələri dəvət ediləcək. Hesab edirəm ki, müşahidəçilər baxımından problem olmayacaq. Biz çalışacağıq ki, seçkilərdə maksimum dərəcədə beynəlxalq müşahidəçilər olsun. Çünki biz seçkilərdə beynəlxalq müşahidəçilərin iştirak etməsində maraqlıyıq".






Son Xəbər