XƏBƏR, DÜNYA
11-10-2019, 20:18

İraqda zəvvarları aparan avtobus qəzaya düşdü - 8 ölü

İraqda zəvvarları aparan avtobus qəzaya düşdü - 8 ölüİraqda iranlı zəvvarları aparan iki avtobus toqquşub.


Qərbinfo.az-ın məlumatına görə, hadisə nəticəsində 8 nəfər həlak olub. Daha 30 nəfər müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilir.

Qeyd olunur ki, zəvvarlar Ərbəin ziyarətinə gedirmiş.

Qəzanın hansı səbəbdən baş verməsi hələ məlum deyil.






Son Xəbər