XƏBƏR, SİYASƏT
10-10-2019, 17:21

Mahmud Vaezi: Heç bir qüvvə İran ilə Azərbaycanın dostluq münasibətlərini poza bilməz

Mahmud Vaezi: Heç bir qüvvə İran ilə Azərbaycanın dostluq münasibətlərini poza bilməz

İran və Azərbaycan xalqları ortaq tarixi keçmişə, adət-ənənələrə və dini dəyərlərə malikdirlər. Bu faktlar dövlətlərin yaxın münasibətlər qurmasına böyük zəmin yaradır.

Qərbinfo.az xəbər verir ki, bu sözləri İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi deyib. O bildirib ki, iki ölkənin prezidentləri son beş ildə 6 dəfə görüşüb və əlaqələrin inkişafını müzakirə ediblər. Bu görüşlər hər iki prezidentin siyasi iradəsinin yüksək olduğunu göstərir.

Mahmud Vaezi nəzərə çatdırıb ki, hazırda ölkələrimiz arasında qarşılıqlı əlaqələr uğurla inkişaf edir. Bu əməkdaşlıq iqtisadi sahədə özünü daha çox göstərir. İran və Azərbaycan beynəlxalq əhəmiyyət daşıyan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında iştirak edirlər. Bu layihə təkcə İran ilə Azərbaycanı deyil, Asiya ilə Avropanı da birləşdirəcək.

Administrasiya rəhbəri bildirib ki, ölkələrimizin iqtisadi potensialı böyükdür və əlaqələrin daha da genişlənməsinə imkan verir. İran Azərbaycan ilə bütün sahələr üzrə əlaqələrin genişlənməsi üçün heç bir maneə görmür.

"Bizim münasibətlərimiz dostluğa və qardaşlığa əsaslanaraq səmimi xarakter daşıyır", - deyən Mahmud Vaezi vurğulayıb ki, heç bir qüvvə bu qardaşlıq münasibətlərini poza bilməz.






Son Xəbər