XƏBƏR, İQTİSADİYYAT
10-10-2019, 11:18

Niyazi Səfərov: Cari ildə Azərbaycanla Türkiyənin ticarət əməliyyatlarının həcmi artıb

Niyazi Səfərov: Cari ildə Azərbaycanla Türkiyənin ticarət əməliyyatlarının həcmi artıb

Türkiyə Azərbaycanın ticarət tərəfdaşı olan ölkələr sırasında ikinci yerdədir.

Qərbinfo.az xəbər verir ki, bu sözləri oktyabrın 10-da Bakıda keçirilən “Standartların tətbiqi - Azərbaycan-Türkiyə əməkdaşlığı” beynəlxalq konfransında İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.

O bildirib ki, cari ilin 8 ayında iki ölkə arasında ticarət əməliyyatlarının həcmi keçən ilə nisbətən 30 faiz artaraq 2,7 milyard ABŞ dolları olub.






Son Xəbər