XƏBƏR, İQTİSADİYYAT
9-10-2019, 17:18

Sentyabrda səyyar gübrə satışından 2295 fermer yararlanıb

Sentyabrda səyyar gübrə satışından 2295 fermer yararlanıb
Sentyabr ayından “Aqrolizinq” ASC tərəfindən rayonlarda güzəştli qiymətlərlə səyyar gübrə satışı həyata keçirilir. Səyyar satışlar rayon mərkəzindən uzaq məsafələrdə yerləşən kəndlərdə aparılır. Səyyar satışın keçirilməsində əsas məqsəd gübrələrin alışında vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşısını almaq, vətəndaş məmnuniyyətinə nail olmaqdır.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Qərbinfo.az-a bildiriblər ki, sentyabrda Şəmkir, Gədəbəy, Samux, Qobustan, Şəki, Oğuz, Xaçmaz, Kürdəmir, Hacıqabul, Şamaxı, Ağsu, İsmayıllı, Ucar, Göyçay, Cəlilabad, Astara, Lerik, Biləsuvar, Qusar, Siyəzən, Xızı, Qazax, Ağstafa, Tovuz, Göygöl, Goranboy, Şabran, Xaçmaz, Quba, Salyan, Neftçala, Tərtər, Bərdə, Yevlaxda rayonlarında keçirilən səyyar gübrə satışından 2295 vətəndaş yararlanıb. Güzəştli qiymətlərlə səyyar gübrə satışı bütün regionlar əhatə olunmaqla, mövsümün sonuna kimi davam etdiriləcək. Səyyar satış 46 kənd daxil olmaqla, 33 rayon üzrə təşkil olunub. Qeyd edək ki, 183 ətraf kənd səyyar satış xidmətlərindən yararlanıb.

Güzəştli qiymətlərlə səyyar gübrə satışı qaydalarında və qiymətlərdə dəyişiklik yoxdur. Vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər. Səyyar xidmət zamanı səyyar bank terminalları da fəaliyyət göstərir və ödənişlər üçün vətəndaşın banklara müraciət etməsinə ehtiyac yaranmır.

Fermerlər səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq və qeydiyyat üçün 1652 Çağrı Mərkəzi və (+99451) 2559383 əlaqə nömrəsinə müraciət edə bilərlər. Həmçinin xidmətlərin təşkil olunacağı kəndlər barəsində “Aqrolizinq” ASC-nin rəsmi sosial şəbəklərini izləyərək, elanlarla tanış olmaq mümkündür.

Sentyabrda səyyar gübrə satışından 2295 fermer yararlanıb
Sentyabrda səyyar gübrə satışından 2295 fermer yararlanıb
Sentyabrda səyyar gübrə satışından 2295 fermer yararlanıb
Sentyabrda səyyar gübrə satışından 2295 fermer yararlanıb






Son Xəbər