XƏBƏR, İQTİSADİYYAT
9-10-2019, 15:16

Gömrük Komitəsi sentyabrda dövlət büdcəsinə 377 milyon manatadək vəsait daxil edib

Gömrük Komitəsi sentyabrda dövlət büdcəsinə 377 milyon manatadək vəsait daxil edib

Cari ilin sentyabrında Dövlət Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə daxilolmalar 376 milyon 759 min manat olub.

Komitədən Qərbinfo.az-a bildirilib ki, ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 104 milyon 870 min manat, əlavə dəyər vergisi üzrə 251 milyon 628 min manat, aksizlər üzrə 16 milyon 789 min manat, yol vergisi üzrə isə 3 milyon 471 min manat təşkil edib.






Son Xəbər