XƏBƏR, MANŞET-SLAYDER
9-10-2019, 14:28

Kənd sakinləri: “Vaxt var idi kəndimizə gələn yolda avtomobil görəndə sevinirdik" - İsgəndərlidə səyyar görüş

Kənd sakinləri: “Vaxt var idi kəndimizə gələn yolda avtomobil görəndə sevinirdik"

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun tez-tez rayonun müxtəlif qəsəbə və kəndlərində səyyar görüşləri keçirilir.
Rayon İcra Hakimiyyətinin başçısı insanları narahat edən problemləri yerindəcə öyrənmək məqsədilə Şəmkirin bütün kəndlərini qarış-qarış gəzir, insanlarla yaxın ünsiyyətdə olur.

Qərbinfo.az xəbər verir ki, bu gün daha bir səyyar görüş rayonun İsgəndərli kəndində keçirilib.

İsgəndərlidə sakinləri ilə görüş zamanı Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov bildirdi ki, bu əməksevər, mərd, doğru-dürüst, səmimi xalq tarixdə analoqu olmayan ağır sınaqlardan, əzablardan qəhrəmancasına çıxmış, əzilməmiş, bütün təhqirlərə sinə gərmiş, qırılmamış, sınmamış, yox olmamış, sadəcə cismani, fiziki varlıqlarını deyil, bütün mənəvi dünyalarını, ruhlarını, Türklüklərini qoruyub saxlaya bilmişlər: “Və bu gün siz Azərbaycanın, Şəmkirin bir parçasına çevrilmisiniz. Sizin bir şəmkirlidən heç bir fərqiniz yoxdur”.

Görüş zamanı rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov respublikamızda və rayonumuzda aparılan bu günkü hərtərəfli inkişafdan danışdı. Qeyd etdi ki, respublikada həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, bu gün hər bir bölgəmizdə,o cümlədən rayonumuzda durmadan tikinti-abadlıq işləri aparılır, yeni yollar çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur,uşaq bağçaları tikilir,sosial layihələr həyata keçirilir.

Ahıska türklərinin “Vətən” Cəmiyyətinin Şəmkir rayonu üzrə sədri, kənd ağsaqqalı İlyasov Mustafa Zinnur oğlu çıxış edərək bildirib ki, bu gün ahıska türkləri İsgəndərlidə rahat və təhlükəsiz şəraitdə yaşayırlar: “Vaxt var idi kəndimizə gələn yolda avtomobil görəndə sevinirdik ki, kəndimizə kimsə gəlir. Amma son zamanlarda dövlətimiz çox sağ olsun ki, artıq İsgəndərlidə həyat dirçəlib, insanlar qaynayıb-qarışır, kəndimizdə canlanma yaranıb. Bütün bunlar bizi çox sevindirir”.

Onlara göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirən kənd sakinləri, onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.

Səmimi görüş üçün kənd sakinlərinə minnətdarlığını bildirən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə tapşırıqlar verib.

Son Xəbər