XƏBƏR, İQTİSADİYYAT
8-10-2019, 21:47

Özbəkistanın Elektron Hökumət Layihələrində Azərbaycanın müasir innovasiyalarından istifadə olunacaq

Özbəkistanın Elektron Hökumət Layihələrində Azərbaycanın müasir innovasiyalarından istifadə olunacaq
Azərbaycanın İnnovasiyaların İxracı Konsorsiumu (AZİNNEX) və Özbəkistan Respublikasının Prezidenti yanında Layihə İdarəetməsi üzrə Milli Agentlik yanında Elektron Hökumət Layihələrinin İdarəedilməsi və Rəqəmsal Hökumət Mərkəzi arasında Anlaşma Memorandumu imzalanmışdır.

Qərbinfo.az-ın məlumatına görə, memorandum Azərbaycanının İnnovasiyaların İxracı Konsorsiumunun İdarə Heyətinin sədri İlham Namazov və Elektron Hökumət Layihələrinin İdarəedilməsi və Rəqəmsal Hökumət Mərkəzinin direktoru Şahrəsul Şahazamiy tərəfindən imzalanıb.

Memorandum çərçivəsində tərəflər elektron hökumət istiqamətində layihələr üzrə təcrübə mübadiləsini həyata keçirəcək, birgə olaraq forumlar, dəyirmi masalar təşkil edəcəklər.

Anlaşma Memorandumunun imzalanma mərasimində və Özbəkistan Respublikasının Prezidenti yanında Layihə İdarəetməsi üzrə Milli Agentliyin direktor müavini Davron Maqsudov Azərbaycanın elektron hökumət istiqamətində təcrübəsinin Özbəkistan üçün önəmli olduğunu qeyd edib. O, hazırda Özbəkistanda “Rəqəmsal Özbəkistan” Yol Xəritəsinin yaradıldığını və 2020-2025-ci illərdə elektron hökumətin qurulması və rəqəmsal iqtisadiyyatın inkişafı üçün nəzərdə tutulan addımlar haqqında AZİNNEX-in nümayəndə heyətini məlumatlandırıb.

AZİNNEX-in İdarə Heyətinin sədri İlham Namazov Azərbaycanın dövlət qurumlarında tətbiq olunmuş layihələr haqqında, o cümlədən ASAN İmza haqqında geniş məlumat verib.

AZİNNEX-in nümayəndə heyəti həmçinin Özbəkistanın Maliyyə Nazirliyində, Mərkəzi Bankda, Vergilər Nazirliyində, Zalubəy İnnovasiya Mərkəzində, Dövlət-Özəl Tərəfdaşlının İnkişafı Agentliyində görüşlər keçirmiş və türkdilli dövlətlərin sahibkarlarının iştirakı ilə keçirilən Türk Biznes və İnvestisiya Forumunda iştirak edib.

Qeyd edək ki, Azərbaycanının İnnovasiyaların İxracı Konsorsiumu (AZİNNEX) Azərbaycanın aparıcı İT-şirkətləri və Azərbaycan Respublikasının prezidenti yanında Vətəndaşılara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ASAN İnnovasiya Mərkəzi tərəfindən yaradılıb.






Son Xəbər