XƏBƏR, SOSİAL
8-10-2019, 19:41

Azərbaycan İnnovasiya Mükafatı müsabiqəsində iştirak üçün müraciətlərin qəbuluna başlanıb

Azərbaycan İnnovasiya Mükafatı müsabiqəsində iştirak üçün müraciətlərin qəbuluna başlanıb
Azərbaycan İnnovasiya Mükafatı müsabiqəsində iştirak üçün müraciətlərin qəbuluna başlanıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Qərbinfo.az-a bildirilib ki, “İnnovativ Azərbaycan” devizi ilə qlobal innovasiya ekosistemində lider ölkələr sırasında olmağımız üçün lokal ekosistem oyunçularını dəstəkləmək məqsədilə Azərbaycan İnnovasiya Mükafatı təsis olunub. Azərbaycan İnnovasiya Mükafatının Təşkilat Komitəsinin tərkibi sahə üzrə dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı – Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən təsdiq edilir. Layihə çərçivəsində 2018-2019-cu illər ərzində innovasiya fəaliyyəti istiqamətində ən təşəbbüskar, fəal şirkət, layihə və şəxslər mükafatlandırılacaq. İctimai əsaslı mükafatla əlaqədar elan olunmuş müsabiqəyə müraciətlərin qəbuluna artıq start verilib. Müsabiqə “İlin startapı”, “İlin influenseri”, “İlin innovasiya tədbiri”, “İlin innovasiya layihəsi” və “İlin innovasiya ekosistemi təmsilçisi” nominasiyaları üzrə keçirilir.

Bu linkə http://innoweek.az/award/ daxil olmaqla müsabiqədə iştirak üçün müraciət etmək mümkündür.

Qaliblər cari ilin oktyabrın 23-də baş tutacaq “Innovation Awards Gala” mükafatlandırma mərasimində elan ediləcək.






Son Xəbər