XƏBƏR, SİYASƏT
8-10-2019, 15:50

Rusiya-Ermənistan münasibətlərində böhran yaşanır

İrəvanda keçirilən sammit və Rusiya prezidenti Vladimir Putinin Ermənistan paytaxtına səfəri Ermənistan-Rusiya münasibətlərində yeni problemlər olduğunu ortaya qoydu, baxmayaraq ki, Ermənistan və Rusiya liderləri yalnız müsbət fikirlər səsləndirməyə çalışdılar. Erməni politoloqları, ictimai fəalları belə, xüsusən, analitik Alla Aydiyan da bu fikirdədir və aysor.am saytına verdiyi müsahibədə o Ermənistan-Rusiya münasibətlərinin hazırkı mərhələsi ilə bağlı Rusiya siyasi xadimlərinin verdiyi müsahibələrə də diqqəti cəlb edib.

"Həm Valday, həm də Azərbaycan Prezidenti İlham Əliyevin bu forumdakı cavabsız çıxışı və xarici işlər naziri Sergey Lavrovun açıqlamaları, millət vəkili Konstantin Zatulinin və ya Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenkonun reportajları və s. hamısı təsdiq edir ki, Ermənistan-Rusiya münasibətlərinin böhranı nəinki aradan qaldırılmayıb, əksinə, daha da dərinləşib. Rusiya mediası Azərbaycan Prezidenti İlham Əliyevin anti-erməni ifadələrini sanki bir az da əhatələndirdi və ekspertlərin özləri isə Valdayı azərbaycanlıyönümlü mövqelərinin populyarlaşdırılması üçün informasiya vasitəsi kimi istifadə etdilər. Bütün bunlara təkan verən bugünkü Ermənistan-Rusiya münasibətlərindəki kəskin məqamlar, böhranlı vəziyyətdir” deyə analitik qeyd edib.
Aydınyan xatırladıb ki, Putinin səfəri zamanı bir sıra protokol punktları başa çatdırılıb, hansı ki, bunlar cavabsız qala bilməz.
“Açıq-aşkar bilinən, hətta nümayişkəranə olan hörmətsizlik, Nikol Paşinyana qarşı saymamazlıq Ermənistanın Rusiya ilə münasibətlərinin hansı vəziyyətdə olduğunu təsdiq edir və bunu Ermənistanın baş naziri görməlidir və bilməlidir. Əslində, problemlər Paşinyanın göstərmək istədiyi şəkildə deyil, dünya təcrübəsində çox sayda rast gəlinən diplomatik üsullarla aradan qaldırılır", deyə Alla Aydiyan erməni baş nazirə iradını da bildirib.
Alla Aydiyan Nikol Paşinyanın Rusiya prezidenti ilə görüşləri barədə yerli, daxili auditoriyaya hesablanmış və aldadıcı fikirlərinə də diqqət çəkir.
“İki liderin görüşü münasibətlərin qurulması üçün vacib məqamdır. Lakin, Paşinyanla Putin arasındakı görüşlər (restoranda və hava limanında) dostluq yaratmadı və bunu sammitdən sonra Rusiya mediası da açıq-aşkar şəkildə yazdı. Hər iki lider öz çıxışlarında heç vaxt "müttəfiq" sözünü işlətmədilər ki, bu özü də deyilənləri təsdiq edən bir göstəricidir" deyə, A. Aydiyan sözlərini tamamlayıb.
Göründüyü kimi, erməni siyasətçiləri də, ictimai fəalları da, Ermənistana məxsus mətbuat vasitələri də açıq şəkildə etiraf edirlər ki, Ermənistanda keçirilən sammit Ermənistan-Rusiya münasibətlərində müsbət istiqamətdə heç nə vəd etməyib. Etiraf edirlər ki, münasibətlər artıq çoxdandır ki, böhran vəziyyətindədir və bu böhranlı vəziyyət daha da dərinləşib. Ermənistana məxsus media belə heç də gizlətmir ki, baş nazir Nikol Paşinyanın Rusiya Prezidenti ilə görüşləri uğursuz olub. Gizlədilmir ki, bu görüşlər nəticəsiz hesab olunur və qeyd olunanm böhranın aradan qaldırılmasında zərrə qədər rola malik hesab oluna bilməz və əksinə, bu sammit böhranın daha da dərinləşdiyini bir daha təsdiqləyib.
Erməni analitikin dediyi kimi Rusiya mediası da eyni fikirdədir və ruslar özləri də Ermənistan- Rusiya münasibətlərinin böhranlı olduğu qənaətindədirlər. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlamaları heç də təsadüfi deyil və bunu ermənilər özləri də çox yaxşı başa düşürlər. S.Lavrov öz açıqlamaları ilə münasibətlərin, ümumiyyətlə vəziyyətin nə yerdə olduğunu tam şəkildə bildirib. İndi ermənilər özləri də çox gözəl başa düşürlər ki, onların ruslarla münasibətləri çox pisdir və bu münasibətlər Azərbaycan-Rusiya münasibətləri ilə müqaisəyə belə gələ bilməz. Çox gözəl başa düşürlər ki, Ermənistanda keçirilən sammitin ardınca, cəmi bircə gün sonra Azərbaycan Prezidentini Vladimir Putinin qarşılaması, özü də Paşinyandan fərqli olaraq böyük hörmətlə, həm də Valday kimi nüfuzlu bir klubda qarşılaması heç də təsadüfi deyil.
Ermənistandan olan analitiklərin, politoloqların, ictimai fəalların etiraf etdiyi kimi, niyə Rusiya rəsmiləri, KİV-ləri belə bir qənaətdədirlər? Niyə Ermənistanın nüfuzu sıfıra enib və indi bu ölkənin əlaqələrinin böhranlı vəziyyəti, Ermənistanın baş nazirinə olan nümayişkaranə hörmətsizlik və saymazlıq nəyin nəticəsidir? Təbii ki, vəziyyətin bu halda olmasına təsir edən faktorlar çoxdur. Bu ölkənin böhranlı vəziyyəti, əlqələrinin sıfıra enməsi, həmin ölkənin baş nazirinə olan hörmətsizlik, saymazlıq məsələlərində Ermənistanın mövqesizliyi, Qərb siyasətinə satılmağı, ümumiyyətlə, siyasi manipulyasiyaları ilə yanaşı, iqtisadi tənəzzülü, ölkənin zərrə qədər perspektivinin olmaması danılmaz faktordur. Bunu inkar etmək də olmaz ki, Rusiya və onun prezidenti öz ölkəsini Qərb siyasətinə satan Nikol Paşinyana hörmət deyil, elə hörmətsizlik və saymazlıq nümayiş etdirməli idi və etdi də. Belə bir satqınlığın, siyasi manipulyasiyaların fonunda bu ölkələr arasında böhranlı vəziyyətin olması məntiqidir və bu təkzib edilə bilməz. Amma nəzərə almaq lazımdır ki, bu böhrana səbəb olan faktorlar təkcə sadalananlarla bitmir və Azərbaycan tərəfinin uğurları və istər siyasi, istər iqtisadi, istərsə də digər istiqamətlərdəki qələbələri də bu faktorlar sırasındadır və ən vaciblərindəndir.
Ermənistanın bu günkü böhranlı vəziyyəti əslində, həm də Azərbaycan tərəfinin, ölkə başçımız, Cənab Prezident İlham Əliyevin qələbəsinin məntiqi nəticəsidir. Əslində, bu faktoru ermənilər etiraf etmək məcburiyyətindədirlər və yavaş-yavaş etiraf edirlər də. Məsələn, Alla Aydiyan açıq-aşkar şəkildə etiraf edir ki, Paşinyanla saymazyana, hörmətsiz formalı görüşdən dərhal, cəmi bir gün sonra Valday kimi klubda Azərbaycan Prezidentinin Rusiya Prezidenti tərəfindən hörmətlə qarşılanması ermənilərin məğlubiyyəti, azərbaycanlıların isə qələbəsidir. Etiraf edir ki, Rusiyada Azərbaycan Prezidentinə qoyulan hörmət erməni baş nazirə heç Ermənistanın özündə belə qoyulmadı və bu müqaisəyə gəlməyəcək dərəcədə fərqli münasibətdir.
Bir sözlə, Rusiya tərəfi də, Ermənistan tərəfi də, özü də hər biri ayrı-ayrılıqda etiraf edir ki, bu ölkə başçımızın uğuru, qələbəsidir. İndi dünya ictimaiyyəti ermənilərin hiylələrinə, Paşinyanın avantürasına şahid olduqca başa düşür ki, Ermənistan tərəfi haqsızdır və haqq Azərbaycanın tərəfindədir. Ölkə başçısı, Cənab Prezident İlham Əliyev yürütdüyü öz düzgün siyasəti, siyasi bacarığı, liderlik qabiliyyəti, qlobal miqyasda əldə etdiyi uğurları ilə Ermənistan tərəfini, onun populist çıxışlara söykənən, əslində isə belə populizmdən başqa heç bir imkanı olmayan Nikol Paşinyanı məğlub etdiyi göz qabağındadır. Ermənistanın isə hər bir istiqamətdə məğlubiyyəti də nəticə olaraq günün reallığıdır.






Son Xəbər