XƏBƏR, SİYASƏT
8-10-2019, 14:26

"Qazanılan nailiyyətlər Prezident İlham Əliyevin əməyinin nəticəsidir"

"Qazanılan nailiyyətlər Prezident İlham Əliyevin əməyinin nəticəsidir"

“Bu gün sizin qarşınızda çıxış edərək Prezident İlham Əliyevə mənə yüksək etimad göstərərək Baş Nazir vəzifəsinə təqdim etdiyinə görə dərin minnətdarlığımı bildirirəm. Müasir Azərbaycan müstəqillik illərində mürəkkəb və şərəfli yol keçib. Dahi şəxsiyyət, Ulu öndər Heydər Əliyevin 1990-cı illərin əvvəllərində Azərbaycanı böhran vəziyyətindən qurtarıb və real müstəqilliyi əldə edərək inkişaf etdirib”.

Qərbinfo.az-ın xəbərinə görə, bunu Milli Məclisin Baş Nazir vəzifəsinə təyin edilməsinə razılıq verdiyi Əli Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

O bildirib ki, bu gün Prezident İlham Əliyevin səyi nəticəsində ölkə sürətli inkişaf yolunu keçməkdədir. Onun sözlərinə görə, qazanılan möhtəşəm nailiyyətlər Azərbaycan Prezidenti İlham Əliyevin əməyinin nəticəsidir: “Bu dövr ərzində ölkəmizdə ümümdaxili məhsul 3.3 dəfə artıb, iqtisadiyyata qoyulan investisiyaların həcmi 270 milyard dollara çatıb, yoxsulluğun səviyyəsi 5 faizə, işsizlik səviyyəsi 4.9 faizə enib, ölkənin strateji valyuta ehtiyatları 26 dəfə artaraq 49 milyard dollara çatıb. Eyni zamanda, əhalinin sayı 2019-cu ildə 10 milyon nəfərə çatıb. Prezdentin rəhbərliyi ilə “Azəri-Çıraqlı-Günəşli”, “Şahdəniz”, “Bakı-Tbilisi-Ceyhan”, “Bakı-Tbilisi-Ərzurum”, Cənub Qaz Dəhlizi, “Bakı-Tbilisi-Qars” kimi meqalayihələr gerçəkləşdirilib. Bununla yanaşı, neft gəlirlərinin qeyri-neft sektoruna yönəldilməsi bu sahənin də inkişafında ciddi nailiyyətlər qazandırır. Qeyri-neft sektorunun ÜDM-i 2.8 dəfə, qeyri-neft sənayesi isə, 2.4 dəfə artıb. Azərbaycan kosmik ailənin üzvü olub”.






Son Xəbər