XƏBƏR, SOSİAL
8-10-2019, 13:48

"Əli Əsədov Avropa-Azərbaycan iqtisadi münasibətlərinin qurulmasında çox yaxından iştirak edib"

"Əli Əsədov Avropa-Azərbaycan iqtisadi münasibətlərinin qurulmasında çox yaxından iştirak edib"

Bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar nəticəsində ölkəmizdə çevik siyasət həyata keçirilir. Ümummilli lider hər kəsin qarşısında proqram qoyaraq, öz fəaliyyəti və həyat tərzi ilə sübut etdi ki, istənilən hər kəs öz vəzifəsinin öhdəsindən layiqincə gəlirsə, onu görüb qiymətləndirirlər.

Qərbinfo.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib.

Əli Əsədovu Baş Nazir vəzifəsinə namizədliyinin irəli sürülməsi ilə bağlı təbrik edən YAP icra katibinin müavini qeyd edib ki, Ə. Əsədov partiyanın üzvü, sonra YAP-ın iqtisadiyyat komitəsinin, daha sonra isə 5 il müddətində partiyanın parlamentdəki üzvlərindən olub:

“Əli Əsədov Avropa-Azərbaycan iqtisadi münaibətlərinin qurulmasında, qanunvericiliyimizin Avropa standartlarına uuğunlaşdırılmasında yaxından iştirak edib. Onun Ulu öndərin, eləcə də Azərbaycan prezidentinin köməkçisi kimi xidmətləri var. Əli Əsədov Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilməsində işçi qrupunun rəhbəri olub. Bununla yanaşı, onun Azərbaycan üçün vacib layihələrdə xidmətləri olmaqla yanaşı, ölkə başçısının yaxın köməkçisi kimi kənd təsərrüfatının, iqtisadi sektorda həyata keçirilən islahatlarda mühüm payı var”.






Son Xəbər