XƏBƏR, SİYASƏT
8-10-2019, 12:56

"Azərbaycanın Rusiya ilə sürətli yaxınlaşması Paşinyanı bərk narahat edib"

"Azərbaycanın Rusiya ilə sürətli yaxınlaşması Paşinyanı bərk narahat edib"

“Dünən axşam Paşinyanın öz partiya deputatlarından ibarət "Mənim addımım"fraksiyasının təcili və qapalı toplantı çağlrması barədə kiçik bir status yazmışdım.
Toplantının səbəbləri barədə aydın bir şey deməmişdilər. Ancaq mən o fikirdə idim və indi də fikrimdə qalıram ki, Avrasiya İB-nin İrəvan sammitində yaşanan uğursuz atmosfer və Azərbaycan Prezidentinin “Valday” klubunda hücum xarakterli bəyanatları Paşinyanı narahat etdiyi üçün öz komandası ilə məsləhətləşmələrə ehtiyac duydu”. Bunu Qərbinfo.az-a açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktorun sözlərinə görə, erməni mediası yalnız bu səhər iki saatdan çox davam etmiş toplantı barədə xəsis bir məlumat yaydı: “Guya toplantının konkret gündəliyi yox imiş, guya ümumi müzakirə üçün yığışıblar, guya elə fürsət var ikən polisdə islahatlar məsələsi barədə də məsləhətləşiblər, guya Amulsardan da danışıblar və s. Axşam saatlarında deputatların hərəsini İrəvanın bir küncündən qapalı toplantıya çağırasan , nədi nədi "get gəldən" danışacayıq. Siz buna inanırsız?...Təbii ki yox. Azərbaycanın Rusiya ilə sürətli yaxınlaşması Paşinyanı bərk narahat edib. Hər halda dəqiq səsi çıxacaq...”






Son Xəbər