XƏBƏR, SOSİAL
8-10-2019, 11:22

“Ahıllar üçün günərzi qaygı mərkəzi” fəaliyyətə başlayıb

“Ahıllar üçün günərzi qaygı mərkəzi” fəaliyyətə başlayıb “Ahıllar üçün günərzi qaygı mərkəzi” fəaliyyətə başlayıb.

Qərbinfo.az xəbər verir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin maiyyə yardımı ilə “Təmas” Regional İnkişaf İctimai Birliyinin nəzdində Gəncə şəhərində “Ahıllar üçün günərzi qaygı mərkəzi” fəaliyyətini davam etdirir.

Layihə rəhbəri Südabə Məmmədova bildirdi ki, artıq mərkəzə 30 ahıl qadın və kişi cəlb olunmuşdur. Onların cəmiyyətə inteqrasiya olunmaları üçün müxtəlif fəaliyyətlər həyata keçirilir. Belə ki, ahılların psixoloji durumu qiymətləndirilir onlara gündəlik inkişaf xidmətləri göstərilir, psixoloji dəstək və məsləhətlər verilir. Layihəyə cəlb olunmuş pedaqoq tərəfindən ahıllarla maarifləndirmə işi təşkil edilir, mərkəzə cəlb edilən ahılların vaxtının səmərəli təşkili məqsədi ilə müxtəlif tədbirlər müzakirə edilir. Ayda iki dəfə onlar üçün ekskursiyalar təşkil olunur. Gəncə şəhərində belə bir Mərkəzin fəaliyyət göstərməsi çox əhəmiyyətlidir. Mərkəz ahıl yaşda olan insanların bir yerə toplanması, ünsiyyət qurması, müxtəlif mövzularda müzakirələr aparması, şəxsi təcrübələri ilə bölüşməsi, asudə vaxtlarını daha səmərəli keçirmələri üçün əvəzolunmaz bir məkandır.

Qeyd edək ki, layihənin icrası davam edir.

“Ahıllar üçün günərzi qaygı mərkəzi” fəaliyyətə başlayıb“Ahıllar üçün günərzi qaygı mərkəzi” fəaliyyətə başlayıb“Ahıllar üçün günərzi qaygı mərkəzi” fəaliyyətə başlayıb






Son Xəbər