XƏBƏR, DÜNYA
7-10-2019, 23:49

Sankt-Peterburqda MDB Parlament Assambleyasının daimi komissiyasının iclası keçiriləcək

Sankt-Peterburqda MDB Parlament Assambleyasının daimi komissiyasının iclası keçiriləcək

Milli Məclisin deputatı Rüfət Quliyev MDB Parlament Assambleyasının Siyasi məsələlər və beynəlxalq əməkdaşlıq məsələləri üzrə daimi komissiyasının iclasında iştirak etmək üçün oktyabrın 9-dan 13-dək Rusiya Federasiyasında səfərdə olacaq.

Parlamentin mətbuat xidmətindən Qərbinfo.az-a verilən məlumata görə, Sankt-Peterburq şəhərində keçiriləcək toplantıda daimi komissiyaya sədr müavini seçilməsi məsələsinə baxılacaq, Avropa Şurası, ATƏT və Qara dəniz İqtisadi Əməkdaşlıq Məclisi parlament assambleyalarının son sessiyasında müzakirə edilən məsələlərlə bağlı məlumat və Qazaxıstanda keçirilən prezident seçkilərində qurumun müşahidəçilərinin hesabatı dinləniləcək.

Deputatımız müzakirə edilən məsələlərə öz münasibətini bildirəcək.






Son Xəbər