XƏBƏR, SİYASƏT
7-10-2019, 17:23

"Ermənilər Paşinyanı səsləndirdiyi sərsəm bəyanatlarına görə qınayır"

"Ermənilər Paşinyanı səsləndirdiyi sərsəm bəyanatlarına görə qınayır"“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında çıxışı zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Nikol Paşinyana tutarlı cavab verdi.
Paşinyanın Qarabağ Ermənistanındır və nöqtə ifadəsinə münasibət bildirərək cənab İlham Əliyevin Dağlıq Qarabağ Azərbaycanın tarixi, əzəli torpağıdır və nida işarəsi deməsi Ermənistana bir mesajdır”. Bunu Qərbinfo.az-a açıqlamasında millət vəkili Azər Badamov deyib.

Deputatın sözlərinə görə, Paşinyan öz sərsəm ifadəsini müstəqil inzibati ərazi kimi heç kimin tanımadığı torpağımız olan Dağlıq Qarabağda auditoriyanın könlünə xoş gəlməsi üçün işlədibsə, İlham Əliyev bütün dünyanın diqqəti mərkəzində olduğu “Valday” Klubun iclasında sələndirib və bütün dünya eşidib: “Biz sosial şəbəkələrdə erməni ictimaiyyətinin düşüncələrini izləyirik və görürük ki, bu gün erməni ictimaiyyəti Ermənistanı ölkə rəhbəri baxımından bədbəxt ölkə adlandırırlar. Ermənilər Paşinyanı səsləndirdiyi sərsəm bəyanatlarına görə qınayır və beynalxalq arenada həmişə olduğu kimi İlham Əliyevin qalib olduğunu qeyd edirlər. Düşünürəm ki, bundan sonra Paşinyan ictimaiyyəti qarşısında çıxışları zamanı öz ifadələrinə ciddi fikir verəcəkdir. Çünki, onun hər bir sərsəm açıqlamasını beynəlxalq ictimayyət qınayır və İlham Əliyevin tutarlı cavabları Paşinyanın qətiyyətsizliyini, savadsızlığını və yerində olmadığını üzə çıxardır”.






Son Xəbər