XƏBƏR, MANŞET-SLAYDER
5-10-2019, 12:19

Azərbaycan Prezidenti erməni tərəfinin yalanını ifşa etdi

Azərbaycan Prezidenti erməni tərəfinin yalanını ifşa etdi

"Dağlıq Qarabağ və Azərbaycanın digər 7 rayonu 25 ildən çoxdur erməni işğalı altındadır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır".

Qərbinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Soçidə “Valday” Diskussiya Klubunun iclasında çıxışında deyib.

Prezident bildirib ki, Sovet dövründə Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılmışdı: "Qeyd etməliyəm ki, bu münaqişə ilə əlaqədar çox vaxt reallığı əks etdirməyən geniş fikir müxtəlifliyi var. Bu məsələyə aydınlıq gətirmək üçün deməliyəm ki, 1921-ci ildə Qafqaz bürosunun qərarında Dağlıq Qarabağın çox vaxt erməni tərəfinin interpretasiya etdiyi kimi, Azərbaycana verilməsi deyil, onun Azərbaycanın tərkibində qalması göstərilmişdir. Münaqişə başlayana qədər Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində yaşayan azərbaycanlı və erməni əhalinin say nisbəti 25:75 faiz kimi olub. Münaqişə nəticəsində Dağlıq Qarabağdan, həmçinin digər 7 rayondan bütün azərbaycanlı əhali qovulub, başqa sözlə desək, orada etnik təmizləmə aparılıb".






Son Xəbər