XƏBƏR, MANŞET-SLAYDER, SİYASƏT
5-10-2019, 11:51

İlham Əliyev: "Azərbaycanda sosial-iqtisadi sahədə böyük nəticələr əldə olunub"

İlham Əliyev: "Azərbaycanda sosial-iqtisadi sahədə böyük nəticələr əldə olunub"

"Qarşımızda duran beynəlxalq gündəliklə yanaşı, əlbəttə, biz diqqətimizi iqtisadi inkişafla bağlı daxili problemlərə yönəldirik".

Qərbinfo.az xəbər verir ki, bunu Soçidə “Valday” Diskussiya Klubunun iclasında çıxışında Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Azərbaycan Prezidenti bildirib ki, bu istiqamətdə böyük nəticələr əldə olunub: "Azərbaycan xarici borcu az olan dövlətdir. Bu göstəriciyə görə biz 9-cu yerdəyik, xarici borc Ümumi Daxili Məhsulun 17 faizini təşkil edir. Məlumat üçün deyim ki, Rusiya 6-cı yerdədir. Biz rəqib deyilik, lakin həmişə ən yaxşı nəticələrə istiqamətlənirik. Yoxsulluğun azaldılması üzrə böyük işlər görülür və bu göstərici 2003-cü ildəki 49 faizdən 5 faizə endirilib. İqtisadi artım sosial problemlərin həllinə də imkan verir. Bu il minimum əməkhaqqı təxminən 2 dəfə, minimum pensiya 70 faiz artıb. Biz müasir texnologiyalara sərmayə qoyuruq, əhalimizin 80 faizi internet istifadəçisidir. Azərbaycan 3 peyki olan ölkədir. Bunlardan ikisi telekommunikasiya, biri isə Yer səthini müşahidə edən peykdir".






Son Xəbər