XƏBƏR, DÜNYA
4-10-2019, 08:30

ABŞ-da paraşütlə tullanarkən hərbiçiləri külək aparıb - 22 nəfər xəsarət alıb

ABŞ-da paraşütlə tullanarkən hərbiçiləri külək aparıb - 22 nəfər xəsarət alıb

ABŞ-ın Missisipi ştatında hərbi təlimlər zamanı 22 hərbçi xəsarət alıb.

Qərbinfo.az-ın məlumatına görə, bir qrup hərbçi təyyarədən paraşütlə tullanarkən güclü külək onları aparıb.

Bəzi hərbçilərin paraşütləri ağaclara ilişib. Qeyd olunur ki, 7 nəfər xəstəxanaya yerləşdirilib.

Yaralıların həyatına təhlükə olmadığı deyilir.






Son Xəbər