XƏBƏR, MƏDƏNİYYƏT
3-10-2019, 11:26

Nazir səfirlərlə görüşüb

Nazir səfirlərlə görüşüb

Mədəniyyət naziri Əbülfəs Qarayev İsveçrə, Böyük Britaniya və Xorvatiyanın ölkəmizə yeni təyin olunmuş səfirləri ilə görüş keçirib.

Qərbinfo.az-ın məlumatına görə, İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Muriel Peneveyre ilə keçirilən görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazir Əbülfəs Qarayev 2018-ci ilin yanvar ayında Davosda keçirilən Mədəniyyət nazirlərinin Konfransında iştirakını xatırlayaraq səfər çərçivəsində İsveçrə Konfederasiyasının prezidenti Alain Berset ilə görüşü barədə məlumat verib.

Ölkələrimiz arasında mövcud mədəni əlaqələri yüksək qiymətləndirən səfir Muriel Peneveyre əməkdaşlığın inkişafı üçün perspektivlərin olduğunu qeyd edib.

***
Nazir Əbülfəs Qarayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Ceyms Şarp ilə gerçəkləşən görüşündə ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlıq məsələlərinə toxunulub. Bu sahədə əlaqələrin daha da genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.

Nazir Böyük Britaniyaya səfərlərini xatırladıb, bu ilin fevral ayında baş tutmuş növbəti səfəri çərçivəsində ölkənin bir sıra rəsmiləri ilə görüşlər keçirdiyini qeyd edib.

Britaniya Şurası (British Council) ilə sıx əməkdaşlıq əlaqələrinin olduğunu vurğulayan Əbülfəs Qarayev mədəniyyət və yaradıcı sənayelərin inkişaf etdirilməsi sahəsində Britaniya təcrübəsinin yaxından öyrənildiyini diqqətə çatdırıb. Nazir onu da bildirib ki, Britaniyaya son səfəri çərçivəsində Mədəniyyət Nazirliyi ilə Britaniya Şurası arasında növbəti beş il müddətində gələcək əməkdaşlığa dair fəaliyyət proqramını müəyyən edəcək Niyyət sazişi imzalanıb.

Səfir Ceyms Şarp əməkdaşlığın səviyyəsindən məmnunluğunu ifadə edərək əlaqələrin daha da inkişaf edəcəyinə inamını bildirib.

***
Xorvatiya Respublikasının ölkəmizdəki səfiri Branko Zebiçlə görüşdə Əbülfəs Qarayev 2018-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xorvatiyaya rəsmi səfəri zamanı “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Xorvatiya Respublikasının Mədəniyyət Nazirliyi arasında 2019-2021-ci illər üçün mədəni əməkdaşlıq proqramı”nın imzalandığını bildirib.

İki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edən nazir əməkdaşlığın inkişafı məqsədilə imzalanmış bu proqrama uyğun olaraq yeni layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırıb.

Səfir Branko Zebiç Mədəniyyət Nazirliyini cari ilin oktyabr ayında Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil ediləcək konsertdə rəsmi tərəfdaş olmağa dəvət edib.

Nazir həmçinin Mədəniyyət Nazirliyinin 2020-ci ilin may ayında Xorvatiyanın Riyeka şəhərinin “Avropanın Mədəniyyət Paytaxtı” elan olunması çərçivəsində keçiriləcək tədbirdə fəal iştirak edəcəyini bildirib.






Son Xəbər