XƏBƏR, DÜNYA
3-10-2019, 09:28

İraqın şimalında 5 terrorçunu zərərsizləşdirib

İraqın şimalında 5 terrorçunu zərərsizləşdirib

Türkiyənin Milli Kəşfiyyat Təşkilatı və Silahlı Qüvvələrinin keçirdiyi birgə əməliyyat nəticəsində 5 PKK terrorçusu zərərsizləşdirilib.

Qərbinfo.az-ın məlumatına görə, bu barədə Türkiyənin Müdafiə Nazirliyi bildirib.

Məlumata əsasən, terrorçular İraqın şimalındakı Qara rayonunda həyata keçirilən hava əməliyyatı zamanı zərərsizləşdirilib.

Hava əməliyyatları zamanı zərərsizləşdirilən terrorçuların sayının 17-ə çatdığı qeyd olunur

Xatırladaq ki, mayın 27-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda "Pənçə" (Pəncə) adı alan irimiqyaslı əməliyyata başlayıblar.






Son Xəbər