XƏBƏR, İDMAN
2-10-2019, 21:55

Teymur Rəcəbov Dünya Kubokunun finalında qalib gəlib

Teymur Rəcəbov Dünya Kubokunun finalında qalib gəlib

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Rusiyanın Xantı-Mansiysk şəhərindəki Dünya Kubokunda üçüncü final görüşünü keçirib.

Qərbinfo.az-ın məlumatına görə, T.Rəcəbov çinli rəqibi Dinq Lirenlə qarşılaşıb. Görüş 46-cı gedişdə Rəcəbovun qələbəsi ilə başa çatıb. Nəticədə təmsilçimiz ümumi hesabı bərabərləşdirib - 1.5:1.5.

Qeyd edək ki, finalçılar sabah sonuncu görüşlərini keçirəcəklər. Həmin dueldə qalib müəyyənləşməsə, oktyabrın 4-də "tay-breyk" olacaq.






Son Xəbər