XƏBƏR, DÜNYA
2-10-2019, 09:00

Malidə ekstremistlərin hücumu nəticəsində 25 hərbçi həlak olub

Malidə ekstremistlərin hücumu nəticəsində 25 hərbçi həlak olub

Bazar ertəsi ən azı 25 Mali hərbi işçisi iki hərbi düşərgəyə ekstremist hücumlar nəticəsində öldürülüb.

Qərbinfo.az-ın məlumatına görə, daha 60 hərbçinin taleyi hələdə məlum deyil.

"France Presse" agentliyinin verdiyi məlumata görə, Mali ordusunun batalyonu antiterror əməliyyatı zamanı düşərgələri öz nəzarətinə qaytara biliblər və eyni zamanda 15 ekstremisti ləğv edə biliblər. Ekstremistlər Malininin Burkina Faso ilə sərhəd yaxınlığındakı hərbi düşərgələrinə hücum ediblər.

Hücumun "Ənsar ul-İslam" terror qruplaşması tərəfindən həyata keçirildiyi iddia edilir. Təcavüzkarların ağır silahlardan istifadə etdiyi deyilir.






Son Xəbər