XƏBƏR, İDMAN
1-10-2019, 15:50

Bu gün şahmat üzrə dünya kuboku turnirində final mərhələsinin cavab partiyası oynanılacaq

Bu gün şahmat üzrə dünya kuboku turnirində final mərhələsinin cavab partiyası oynanılacaq
Oktyabrın 1-də Xantı-Mansidə şahmat üzrə dünya kuboku turnirində final mərhələsinin cavab partiyaları oynanılacaq.

Qərbinfo.az xəbər verir ki, bu mərhələdə Azərbaycan şahmatçısı Teymur Rəcəbov çinli Liren Dinq ilə üz-üzə gələcək. Şahmatçımızın birinci partiyada görüşü heç-heçə başa çatıb.

Xatırladaq ki, beş şahmatçımızın qatıldığı dünya çempionatında Arkadi Naydiç almaniyalı Niklas Huşenbetə, Nicat Abbasov ABŞ təmsilçisi Leyner Dominquez Perezə, Eltac Səfərli isə Ş.Məmmədyarova uduzaraq mübarizəni dayandırıblar. Ş.Məmmədyarov isə səkkizdəbir finalda komanda yoldaşı T.Rəcəbova məğlub olaraq turnirdə iştirakını başa vurub.

Dünya kubokunun finalına yüksələcək şahmatçılar 2020-ci ildə şahmat tacına iddiaçılar turnirində iştirak hüququ qazanacaqlar.

FIDE prezidenti Arkadi Dvorkoviç bildirib ki, turnirin bürünc mükafatçısı da təşkilatçıların xüsusi dəvətnaməsi olacağı halda belə bir hüquqa yiyələnə bilər.

Sentyabrın 10-da start götürən dünya kuboku turnirinə oktyabrın 4-də yekun vurulacaq. Sonuncu gün həlledici görüşlər üçün tay-breyk qarşılaşmaları nəzərdə tutulub. Turnirin mükafat fondu 1,6 milyon dollardır.






Son Xəbər