XƏBƏR, SİYASƏT
1-10-2019, 18:52

Vədlərinə və xalqına sadiq lider! - İLHAM ƏLİYEV

Vədlərinə və xalqına sadiq lider! - İLHAM ƏLİYEV

Bu gün müasir Azərbaycan dövləti, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi mütərəqqi dövlətçilik ideyaları, müdrik siyasəti nəticəsində, uğurla inkişaf edir.
Bu, bir danılmaz həqiqətdir ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsinin praqmatik və sistematik şəkildə həyata keçirilməsi nəticəsində, çiçəklənən bir diyara çevrilən Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında özünün dinamik və hərtərəfli mövqeyi ilə seçilir. Ulu Öndərin xalqımıza bəxş etdiyi ən qiymətli töhfə onun milli maraq və mənafeyə hədəflənmiş böyük ideyalarını uğurla həyata keçirən, ümummilli inkişaf konsepsiyasını müvəffəqiyyətlə realizə edən, intensiv sürət və geniş vüsətlə gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir. Müasir dövrün yeni Lideri olan İlham Əliyevin dövlətimizə rəhbərlik illərində ictimai-siyasi, sosial-iqtisadi, mədəni sahələrdə imza atdığı çoxsaylı uğurlar, Azərbaycanın regionda nüfuz, güc sahibinə çevrilməsi, modernləşməsi Ulu Öndər Heydər Əliyevin uzaqgörənlik nümunəsi olmasının canlı təsdiqidir.

Azərbaycan Prezidenti İlham Əliyev üçüncü dəfə prezident seçilərək, çox dəqiq siyasi ustalıqla, dünyada baş verən bütün prosesləri nəzərə almaqla, ölkəmizin inkişaf hədəflərini dəqiqliyi ilə müəyyən edərək, siyasi fəaliyyətə başladı. Dövlətimizin başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində, Azərbaycan 2018-ci ildə iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etdi, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmləndi. Azərbaycanın dünyada mövqeyi onun gündən-günə qüdrətli dövlətə çevrilməsi bir faktdır. Prezidentin siyasi və dövlət xadimi kimi fəaliyyətini qiymətləndirərək, dünyada qəbul olunmuş kəmiyyət və keyfiyyət meyarlarına müraciət edərkən, Onun uğurlu siyasətini əyani formada görmək mümkündür.

Şirvan Əbilov, Prezident təqaüdçüsü






Son Xəbər