XƏBƏR, SİYASƏT
1-10-2019, 11:22

Ermənistanda etirazlar davam edir

Ermənistanda etirazlar davam edir

Ararat bölgəsindəki Noraşen icmasının sakinləri qubernator Qarik Sarkisyana etiraz edirlər və qanunsuz qərarın dərhal ləğvini tələb edirlər.

Qərbinfo.az Ermənistana məxsus tert.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ararat vilayətinin Noraşen icmasında qubernator Qarik Sarkisyanın qərarına etiraz aksiyası davam edir.
Məlumatda qeyd olunur ki, sakinlər Norayr Qriqoryanın səlahiyyətlərinin qanunsuz şəkildə əlindən alındığı və istefaya göndərildiyindən şikayətlənirlər və onun bərpasını tələb edirlər.

Xatırladaq ki, əvvəlki mitinqlərdə sakinlər Ararat valisi Qarik Sarkisyanın qərarının siyasi səbəblərdən olduğunu söyləyirdilər. Onların dediyinə görə, keçən il Qarik Sarkisyan bələdiyyə sədrini Mülki Müqavilə partiyasına qoşulmağa dəvət etsə də, rədd cavabı alıb və bu da onun vəzifəsindən azad edilməsinə səbəb olub.

Hər bir halda, Ermənistanın bir-birini əvəz edən etirazlarla üz-üzə qaldığı günün reallığıdır və əhalini Paşinyuan hakimiyyəti nə qədər aldadılaraq sakitləşdirməyə çalışsa da Ermənistanda etirazlar davam edir. Hər gün Ermənistanda yeni-yeni etirazların baş qaldırdığının şahidi oluruq və heç də sirr deyil ki, bu etirazların nə qrdı-arası var, nə də sonu. Bu ölkədə problemlər, qeyri-dürüst, ədalətsiz, qanunsuz idarəedilmə səbəbindən etirazların hələ bundan sonra da davam edəcəyi təkzib edilə bilməz.






Son Xəbər