XƏBƏR, İQTİSADİYYAT
30-09-2019, 20:54

Vergi bəyannamələrinin əvvəlcədən doldurulması üzrə beynəlxalq təcrübə öyrənilir

Vergi bəyannamələrinin əvvəlcədən doldurulması üzrə beynəlxalq təcrübə öyrənilir

Sentyabrın 30-da Vergilər Nazirliyində TAIEX ekspert missiyası öz işinə başlayıb.

Nazirliyin Media və kommunikasiya mərkəzindən Qərbinfo.az-a bildirilib ki, Finlandiya vergi administrasiyasının baş məsləhətçiləri xanım Heli Annala və xanım Merja Holantinin təqdimatçı kimi iştirak etdikləri seminar müddətində vergi bəyannamələrinin əvvəlcədən doldurulması üzrə hüquqi çərçivə, məlumat mənbələri, bəyannamələrin hazırlanması, məlumat mübadiləsi və digər mövzulara dair müzakirələr aparılacaq.

Qeyd olunub ki, vergi sisteminin qəbul edilmiş strateji inkişaf planları sırasında “Vergi sisteminin inkişafı üzrə 2013-2020-ci illər üçün Strateji Plan” mühüm yer tutur. Vergi sisteminin bir çox sahələrinin inkişafı üzrə mərhələli və kompleks tədbirlər sisteminin həyata keçirilməsini nəzərdə tutan bu sənədin mühüm bəndlərindən biri də vergi ödəyicilərinə müasir və keyfiyyətli xidmətlərin göstərilməsidir.

Sənəddə diqqətçəkən məqamlardan biri vergi bəyannamələrinin əvvəlcədən doldurulması sisteminə keçirilməsi üzrə beynəlxalq təcrübənin öyrənilməsi və mərhələlərlə ölkəmizdə də bu sistemə keçidin təmin olunmasıdır. Göstərilən prosesin həyata keçirilməsi, həmçinin nazirliyin strukturlarının layihə təkliflərinin icrası məqsədilə Vergilər Nazirliyi bu sahədə Avropa Komissiyasının TAIEX texniki yardım alətinə müraciət edib. Avropa Komissiyası Vergilər Nazirliyinin müraciətini müsbət cavablandırıb.

Aparılan müzakirələrdən sonra “Əvvəlcədən doldurulmuş vergi bəyannamələri” sahəsində Finlandiya vergi administrasiyasının təcrübəsi qəbul olunub.

Seminar oktyabrın 2-dək davam edəcək.

Son Xəbər