XƏBƏR, SOSİAL
30-09-2019, 20:29

Sahibkarlarla gömrük sahəsindəki yeniliklərə dair müzakirələr aparılıb

Sahibkarlarla gömrük sahəsindəki yeniliklərə dair müzakirələr aparılıb

Sentyabrın 30-da Bakı Baş Gömrük İdarəsində sahibkarlarla görüş keçirilib.

Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Qərbinfo.az-a bildirilib ki, görüşdə gömrük bəyannamələrinin doldurulması, yeniliklər, sənədlərin tərtibatı və digər məsələlər müzakirə olunub. Bildirilib ki, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin prioritet istiqaməti kimi ölkəmizdə əlverişli biznes və investisiya mühiti yaradılıb.

Diqqətə çatdırılıb ki, sahibkarlara göstərilən dövlət dəstəyi münbit biznes mühitinin yaradılmasına, xüsusilə son illərdə həyata keçirilən islahatların, tətbiq edilən güzəştlərin iqtisadiyyatımızın aparıcı qüvvəsi olan özəl sektorun daha da inkişafına şərait yaradıb.

Daha sonra gömrük sistemində aparılan islahatlar, həmin islahatların sahibkarlıq mühitinin inkişafında rolu, məmur-vətəndaş təmasının minimuma endirilməsi, gömrük bəyannamələrinin doldurulması prosesində tətbiq edilən təkmilləşdirmələr barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Sonda sahibkarları maraqlandıran suallar cavablandırılıb.

Görüşdə Gömrük Risklərinin İdarəolunması və Audit Baş İdarəsinin rəisi Fərid Əliyev, Bakı Baş Gömrük İdarəsinin rəisi Kənan Məmmədov, müvafiq strukturların rəhbərləri və sahibkarlar iştirak ediblər.






Son Xəbər