XƏBƏR, SOSİAL
30-09-2019, 14:51

Şəmkirdə, ehsan olaraq yaxınlarının xatirəsini əbədləşdirmək üçün xeyirxah iş görmək ənənəyə çevrilib

Şəmkirdə, ehsan olaraq yaxınlarının xatirəsini əbədləşdirmək üçün xeyirxah iş görmək ənənəyə çevrilib

Bu gün Şəmkir rayonunda milli-mənəvi dəyərlərimizdən olan yas mərasimlərinin sadələşdirilməsi istiqamətində ciddi addımlar atılır.

Qərbinfo.az xəbər verir ki, çoxsaylı Şəmkir sakinlərinin müraciətindən sonra rayonda ehsan süfrələri sadə və hamının gücü çatan tərzdə verilir. Bu işi şəmkirlilər, xüsusilə ağsaqqallar yüksək qiymətləndirirlər.

Şəmkir Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayon sakinləri artıq təmtəraqdan uzaq mərasimlər əvəzinə dünyadan köçən yaxınlarının ehsanı üçün xeyriyyə işləri həyata keçirməyə üstünlük verirlər.

Bu günlərdə Şəmkirin Keçili kəndində vəfat edən Məhərrəmov Niyaməddin İsmayıl oğlunun yaxınları mərhumun ehsanına kənd sakinləri üçün xeyriyyə işləri həyata keçiriblər.

Belə ki, Keçili kənd İƏD-si üzrə nümayəndəliyinin iştirakı ilə kəndin mərkəzi küçəsində müasir tipli avtobus dayanacağı quraşdırılaraq kənd sakinlərinin istifadəsinə verilib.

Qeyd edək ki, kənd sakinləri Şəmkir rayonunda belə bir təşəbbüs irəli çəkdiyi üçün rayon rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Şəmkirdə, ehsan olaraq yaxınlarının xatirəsini əbədləşdirmək üçün xeyirxah iş görmək ənənəyə çevrilib






Son Xəbər