XƏBƏR, SİYASƏT
30-09-2019, 10:52

Komandasının parçalanması Paşinyanın uğursuzluğudur

Komandasının parçalanması Paşinyanın uğursuzluğudur

İki hüquq-mühafizə orqanı rəhbərinin, Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanesyanın və polis rəisi Valeri Osipyanın istefaları, şübhəsiz ki, hakimiyyətin parçalanmasıdır.

Qərbinfo.az Ermənistana məxsus "tert.am" saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə tert.am saytına müsahibəsində politoloq Ayk Martirosyan deyib.

Məlumata görə, politoloq xüsuilə vurğulayıb ki, hakimiyyət daxilindəki bu parçalanma ilk növbədə Paşinyanın uğursuzluğudur.
“Paşinyan bu iki məmurun təyinatını təsdiqləyəndə ictimaiyyət şokda idi. Ardınca da bəyənmədiyi, işində nöqsan hesab etdiyi məmurları il yarım müddətdə saxlamaqla, bu dövr ərzində onları təltif etməklə, mükafatlandırmaqla, sonra da vəzifəsindən uzaqlaşdırmaqla ictimaiyyətə daha bir şok yaşatdı. Hadisələrin gedişindən bəlli olur ki, bu həmin insanların problemi deyil, bu bilavasitə baş nazirin problemidir", deyə Ayk Martirosyan bildirib.
Onun sözlərinə görə, istefasından sonra Vanesyanla Paşinyanın qarşılıqlı ittihamları bu hökumətin çox zəif olduğunu və formalaşmadığını sübut edir.






Son Xəbər