XƏBƏR, SİYASƏT
28-09-2019, 11:00

Müxalifətin eyforiya dövrü bitir

Müxalifətin eyforiya dövrü bitir

Bu mitinq onların son görüşü olacaq

Dağıdıcı müxalifətin 19 yanvarda uğursuz mitinqindən sonra maniakal eyforiya dövrü çox sürmədi. Dağıdıcı ünsürlərə elə gəldi ki, nəhayət ruh yüksəkliyi yaranıb, ictimaiyyətin geniş təbəqələrini, başqa sözlə, etirazçı elektoratı yeni mübarizəyə qaldıra biliblər. "Xalq yenidən siyasətdədir. Buna parlaq nümunə bizim 19 yanvar mitinqimizdir" deyən satqın və əxlaqsız Əli Kərimli, elə zənn etdi ki, bununla müxalifət onu "lider" kimi qəbul edəcək. 19 yanvardakı rüsvayçı mitinqdən sonra AXCP sədri yenidən sosial şəbəkələrdə sentyabrın 28-də keçirmək isdədiyi mitinqə müxalifət partiyalarına və xalqa dayanmadan çağırışı oldu.

"Ağlı başında olanlar Əli Kərimli kimi tülkü cildinə girmiş erməni üfunəti verən satqının ətrafına toplaşa bilməz"

Politoloq Eynulla Fətullayev Ə.Kərimlinin bu çağırışlarına münasibət bildirərkən, vurğulayıb ki, görünür, son mitinqi AXCP sədrinin "ağzında şirə" qoyub. Axı ağlı başında, analitik qabiliyyəti olan hansı adam Azərbaycandakı vəziyyəti Uzaq Karakasdakı inqilabi hərəkatla müqayisə edə bilər?! Bakıda Venesuela variantının təkrarlanması kimi absurd nəzəriyyə ilə çıxış edən Ə.Kərimli və onun tərəfdarlarını üzündə istehza ifadəsi ilə dinləyərdi".

Bəli, 25 ildir ki, AXCP sədri satılmaqla yanaşı, satqınlıq edə-edə, min bir fırıldaqlarla yüzlərlə rüsvayçı mitinqlərdən ibrət dərsi götürməyərək, indi də ölkədə keçiriləcək bələdiyyə seçkiləriərəfəsi, eyni zamanda, keçmiş müavini Fuad Qəhrəmanlının qadın zorakılığına dəstək verərək, böyük cinayətlərin sahibi olduğu bir ərəfədə mitinq keçirmək qərarına gəlməsi, nəinki alçaqlığın,

hətta ən böyük alçaqlığın aparıcısıdır desək, yanılmarıq. Belə bir məqamda qarşıdakı bələdiyyə seçkilərini "boykot etmək", dövlətin apardığı uğurlu sosial islahatlara kölgə salmaq, ölkədə əldə olunan uğurları öz adlarına çıxmaq əxlaqsızlıq və cinayətkarlıqdır. Bəli, cinayətkarlıqdır. Çünki bu, o Ə.Kərimlidir ki, maliyyə məsələsi ətrafında maxinasiyalar edərək, xarici təşkilatlar qarşısında xal qazanmağa çalışmaqla qrant həvəsindən yan keçə bilmədiyini açıq şəkildə, 25 ildir ki, sərgiləməkdədir.

Bu yerdə Mahir Səmədov adlı yazarın mətbuata açıqlamasında "Əli Kərimov Elçibəyin başının altına yasdıq, ayağının altına qumbara qoyanlardandır. Onun dəstəsi Elçibəyin ünvanına müxtəlif imzalarla yüzlərlə məqalələr yazdırıb. Əgər onun mənə irad tutmağa könlü var idisə, bəs inhisarında saxladığı "Azadlıq" qəzetində AXCP sədrinin əleyhinə gedən yazıların qarşısını niyə saxlamırdı?" deyə qeyd etdiyi fikirləri vurğulamaq yerinə düşər.

Araz Əlizadə: "Uşağı döyəndə atasının, iti döyəndə sahibinin yanına qaçır"

ASDP sədri, millət vəkili Araz Əlizadə AXCP sədrinin mitinq keçirməkdən əl çəkməməsinin səbəbini şərh edərək bildirib ki, Ə.Kərimli xaricdəki yiyələrinin onların pullarını kəsməmək üçün mitinq keçirməklə, ölkədə siyasi vəziyyəti pozmaqdır.

A.Əlizadə sual edərək bildirib ki, "Milli Şura" adlanan qurumun elə bir aksiyasını görmüsünüzmü ki, onu kütləvi aksiya kimi xarakterizə etmək mümkün olsun? Xeyr. Onlar ancaq özlərini gündəmdə saxlayırlar ki, xaricdəki yiyələri pullarını kəsməsin. Bu qurumun keçirdiyi aksiyalar buna xidmət edir".

Millət vəkili onu da bildirib ki, bir jurnalist mənə sual edib ki, son günlər AXCP sədri Ə.Kərimli tez-tez ABŞ səfirliyinə gedir. Mən də cavab verdim ki, "uşağı döyəndə atasının, iti döyəndə sahibinin yanına qaçır".

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da bildirib ki, "Milli Şura" deyilən bir şey yoxdur axı: "Bir həsir, bir Məmədnəsir olan "Milli Şura" deyilən qurumda, elə Əli ilə Cəmildir ortada fırlanan. Belə olan halda, mitinq keçirmək, bununla da, hər hansı bir uğur əldə edə bilmək şansı sıfır həddindədir. Bu qurum ölü bir qurum kimi, sadəcə, quru adı üzərində "yaşayır". Bu baxımdan, ölü bir qurumun heç bir tədbirinə ciddi yanaşmırlar. Çünki qeyri-ciddidən ciddilik gözləməyin özü də absurd fikirdir".

Dağıdıcı müxalifət miskinliyini növbəti dəfə nümayiş etdirəcək

Dəfələrlə təsdiq olunub ki, sosial bazadan tamamilə məhrum olan dağıdıcı müxalifətin çağırışlarını cəmiyyətimiz qəbul etmir. Çünki Azərbaycanın milli maraqlarına qarşı çıxır, antiazərbaycançı şəbəkənin tapşırığını yerinə yetirir. Ona görə də, insanlar bu partiyalara etimad göstərmir ki, onlar cəmiyyətə hansısa yenilik təqdim etmək qabiliyyətində deyillər.

Beləliklə, görünən də budur ki, müəyyən xarici qüvvələrin əlində alətə çevrilərək, konkret maddi maraqlara söykənən, bu qüvvələr qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək naminə ucuz siyasi şoular təşkil etməyə yönəlmiş ölü qurum olan "Milli Şura", fəaliyyəti ilə, Azərbaycan cəmiyyətində ikrah hissi yaratmaqdan başqa bir "iş" görməyə qadir deyil. Bu, özünü dəfələrlə sübut edib.






Son Xəbər