XƏBƏR, İQTİSADİYYAT
28-09-2019, 09:48

Azərbaycanda əhalinin milli valyutada əmanətləri artıb

Azərbaycanda əhalinin milli valyutada əmanətləri artıb

2019-cu il avqust ayının 1-nə əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,6 faiz artaraq 8 milyard 580,0 milyon manat təşkil edib.

Qərbinfo.az-ın məlumatına görə, əmanətlərin 56,4 faizi xarici, 43,6 faizi isə milli valyutada qoyulub.

Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 23,4 faiz artıb, xarici valyutada əmanətlər isə 3,6 faiz azalıb.






Son Xəbər