XƏBƏR, MƏDƏNİYYƏT
27-09-2019, 21:42

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının işində fəal iştirakına görə ADRA-nın direktoru Aydın İbadov mükafatlandırılıb

UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının işində fəal iştirakına görə ADRA-nın direktoru Aydın İbadov mükafatlandırılıb

Sentyabrın 26-da Bakı Konqres Mərkəzində bu il iyunun 30-dan iyulun 10-dək ölkəmizdə təşkil edilən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının yekunlarına həsr olunmuş tədbir keçirilib.

Dövlət Reklam Agentliyindən Qərbinfo.az-a verilən məlumata görə, tədbirdə ölkə başçısının müvafiq sərəncamları ilə sessiyanın yüksək səviyyədə təşkili və keçirilməsində, həmçinin Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Xan sarayının Dünya irs siyahısına salınmasında fəal iştirak etmiş şəxslərə orden, medal və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” təqdim olunub.

Tədbirdə çıxış edən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası ilə bağlı yaradılan Təşkilat komitəsinin sədri, Mədəniyyət naziri Əbülfəs Qarayev 10 gün ərzində görülən işləri yüksək qiymətləndirib. Nazir sessiyanın işinə verilən dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib. Qeyd edib ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası zamanı Bakıda 45 qərar qəbul edilib və 29 irs nümunəsi siyahıya salınıb. Bakı sessiyasında 2500-ə yaxın nümayəndə iştirak edib. On gün ərzində çox ciddi müzakirələr aparılıb, 166 sahəyə baxılıb və 29 irs nümunəsi siyahıya salınıb.

Sonra ölkə başçısının müvafiq sərəncamları ilə təltif olunan şəxslərə mükafatlar təqdim olunub. Tədbirdə sessiyanın işində fəal iştirakına görə Təşkilat komitəsinin üzvlərinə Mədəniyyət naziri Əbülfəs Qarayevin və UNESKO-nun Ümumdünya İrs Mərkəzinin direktoru xanım Metşild Roslerin imzaladığı diplomlar da təqdim olunub. Mükafat alanlar arasında Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin (ADRA) direktoru Aydın İbadov da olub.

Son Xəbər