XƏBƏR, SOSİAL
27-09-2019, 19:44

“Könüllümüz ol” layihəsinin iştirakçılarına sertifikatlar təqdim edilib

“Könüllümüz ol” layihəsinin iştirakçılarına sertifikatlar təqdim edilib
Sentyabrın 27-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində təcrübə keçmiş “Könüllümüz ol” layihəsinin iştirakçılarına sertifikatlar təqdim olunub.

Komitədən Qərbinfo.az-a bildiriblər ki, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Prezident İlham Əliyevin gənclərin inkişafına yönələn dövlət siyasətini daim diqqət mərkəzində saxlamasından, bu istiqamətdə respublikamızda görülən işlərdən bəhs edib. O bildirib ki, dövlətimizin başçısı tərəfindən dövlət orqanlarının qarşısına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulub. Bu məqsədlə DQİDK tərəfindən 2 ay müddətində “Könüllü fəaliyyət” layihəsinin reallaşdırıldığını, layihə iştirakçılarının Dövlət Komitəsinin gündəlik iş prosesində, tədbirlərin və konfransların təşkilində yaxından iştirak etdiklərini və təcrübi biliklərə yiyələndiklərini vurğulayan Komitə sədri bu fəaliyyətin gənclərin gələcək iş həyatlarına önəmli və effektiv təsir edəcəyini deyib.

Təcrübə kursunu müvəffəqiyyətlə başa vurmuş gənclərə təbriklərini çatdıran Mübariz Qurbanlı onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

İki ay müddətində Dövlət Komitəsinin müxtəlif şöbələrində təcrübəli mütəxəssislərlə birbaşa çalışan, bu sahədə təcrübə toplayan könüllülər göstərilən etimada görə təşəkkürlərini bildiriblər.

Daha sonra könüllülərə sertifikatlar təqdim edilib.

“Könüllümüz ol” layihəsinin iştirakçılarına sertifikatlar təqdim edilib






Son Xəbər