XƏBƏR, İQTİSADİYYAT
27-09-2019, 17:27

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi Azərbaycanda investisiya sektorunu dəstəkləməyə hazırdır

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi Azərbaycanda investisiya sektorunu dəstəkləməyə hazırdır

Azərbaycanda informasiya iqtisadiyyatının qurulması prosesi Cənubi Koreyada xüsusi maraq oyadır.

Qərbinfo.az-ın məlumatına görə, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan ofisinin direktoru Pak Kumok İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu ilə Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi arasındakı “Ağıllı körpü” birgə treninq layihəsinin başa çatmasına həsr olunmuş mətbuat konfransında deyib.

O, Agentliyin Azərbaycandakı fəaliyyətindən məmnunluğunu bildirib və birgə layihələrin reallaşdırılmasının üstünlüklərindən danışıb.

P.Kumok, həmçinin, Azərbaycan iqtisadiyyatında investisiya sektorunun inkişafı üzrə gələcək birgə layihələrə hazır olduqlarını bildirib.






Son Xəbər